!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ana oğlunu boğaraq öldürdü-Video

!Reklam – Yazi

83360Türkiyənin Ankara şəhərində ana oğlunu öldürüb.

35 yaşlı Nurhan S. xəstəxanada müalicə alan oğlu, 11 yaşlı Orxan S.-ni tualetdə qətlə yetirib.

Polis tərəfindən saxlanılan qadının dedikləri isə hamını heyrətləndirib. O, oğlunu əzablardan qurtarmaq üçün öldürdüyünü bildirib.

Qeyd edək ki, 11 yaşlı Orxan S. başına maye yığılması və başının böyüməsi ilə bağlı xəstəxanaya yerləşdirilib. Bir müddət müalicə aldıqdan sonra əməliyyat olunub. Əməliyyatdan sonra oğlan palataya köçürülüb.

Qadın gecə oğlunu xəstəxananın birinci mərtəbəsindəki qadın tualetina aparıb. Orada onu öldürəndən sonra xəstəxanadan çıxıb. Bir neçə saatdan sonra isə xəstəxanaya qayıdıb və polisə oğlunu öldürməsi barədə məlumat verib.

Qadın bildirib ki, oğlunu əzabdan qurtarmaq üçün öldürüb: “Oğlum hər dəfə güzgüyə baxanda stres keçirirdi. Ağlayırdı. Əməliyyat olunsa da, sağalmamışdı. Onu ömür boyu əzab çəkməkdən xilas etdim”.

www.yenicag.az

618
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv