Qulu Məhərrəmlidən Azər Həsrətə cavab: “Təhqir etməmişəm!”
Politoloq Azər Həsrət sosial media hesabında filologiya elmləri doktoru, publisist Qulu Məhərrəmlinin onu təhqir etdiyini iddia edib.
A.Həsrət Q.Məhərrəmlinin onu “WhatsApp” vasitəsilə təhqir etdiyini bildirib.
Yenicag.az-a məsələ ilə bağlı açıqlama verən Q.Məhərrəmli qarşı tərəfin iddialarını təkzib edib:
“Lazım olan fikirlərimi, narazılığımı ‘WhatsApp’da qarşı tərəfə yazmışam. “WhatsApp” yazışması iki nəfərə aid olan şəxsi məsələdir. Təbii ki, orada heç bir söyüş, təhqir yoxdur və ola da bilməz. Verilişin linkinin altına da Azər Həsrətə xitabən şərh yazmışam söyüşsüz, təhqirsiz”.
Nurlan Cəfəri













