Ana və 3 yaşlı qızını maşın vurdu – Hacıqabulda

Hacıqabulda ana və 3 yaşlı qızını avtomobil vurub.

Yenicag.az APA-ya istinadən xəbər verr ki, hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb. “QAZ 3110” markalı avtomobil yolu keçən Meyniman kənd sakini, 1989-cu il təvəllüdlü Cəfərova Afaq İlyas qızını və onun 3 yaşlı qızını vurub. Nəticədə ana və qızı yüngül xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.