Ana Vətən Partiyasında parçalanma - oğul Ağamalı özünü sədr elan etdi

media-hightechnic-468x90

 

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının oğlu Elçin Ağamalı özünün partiya sədri seçildiyini elan etdi.

Yenicag.az xəbər verir ki, E.Ağamalı partiyanın bugün keçirilən qurultayı ilə bağlı bəyanat yayıb:

“Ana Vətən Partiyasının bu gün keçirilən növbədənkənar IX qurultayında partiya sədrliyinə mənim namizədliyimi irəli sürən və böyük əzmkarlıqla müdafiə edən partiya üzvlərinə dərin təşəkkürümü bildirirəm. Sizin birliyiniz nəticəsində mən partiyanın sədri seçildim. Əmin ola bilərsiniz ki, etimadınızı doğrultmaq və sizlərə laiq olmaq üçün var gücümlə çalışacam. Partiyamızın cəmiyyətdə nüfuzunun artırılması və güclənməsi üçün sizlərlə birlikdə çalışacağıq. Siyasi xəttimiz dəyişməz olaraq davam edəcəkdir”.

Qeyd edək ki, bugün Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının qurultayında qalmaqal düşüb.

Fəzail Ağamalının oğlu və qızı arasında yeni sədr postuna kimin gətirilməsi məsələsinə görə mübahisə düşüb.

F. Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib.
Qurultayda F. Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata-oğul bir-birindən uzaqlaşdırılıb.

Fəzail Ağamalı hadisə ilə bağlı bildirib ki, partiya sədrliyinə qızını təklif edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa