Ananın məhkum oğluna telefon ötürmək cəhdi

media-hightechnic-468x90

publika.az1408459381telefon2 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Tural İlham oğlu Vəliyevin yanına qısamüddətli görüşə gəlmiş anası – Bərdə rayonu, Lək kəndində yaşayan vətəndaş Ceyran Qubad qızı Hüseynovanın üzərinə baxış keçirilib.

Baxış zamanı qadının alt paltarında gizlədilmiş bir ədəd “Nokia C3” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, T.Vəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.3.3-cü maddələrinə əsasən azadlıqdan məhrum edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600