Anar Məmmədxanovun vəfatından 5 il ötür

media-hightechnic-468x90

anar_mamedk_1Milli Məclisin keçmiş deputatı, “Bakılı Oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovun vəfatından 5 il ötür.

Anar Məmmdxanov 5 il bundan əvvəl qəflətən ürək tutmasından vəfat edib.

Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirən A. Məmmədxanov 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olub. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı seçilib. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Üç övladı var.

23 aprel 2011-ci ildə vəfat edib. Onun ölümünə səbəb kimi kəskin ürək qan-damar çatışmamazlığı ürəyin işemik xəstəliyi göstərilir.

Allah rəhmət eləsin!

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600