"Anar qiyamət günü AYB-ni dükan kimi bağlayıb gedəcək" - Şərif Ağayar

media-hightechnic-468x90

Ölkənin baş epidemioloqu İbadulla Ağayevin istefası Azərbaycanda istefa mədəniyyəti mövzusunu yenidən gündəmə gətirib.

Yenicag.az xəbər verir ki, zaman-zaman yazarların tənqidinə tuş gələn Azərbaycan Yazıçılar Birliyinin sədri Anar bu dəfə yazıçı Şərif Ağayarın tənqid hədəfi olub.

Jurnalist Vüsalə Məmmədovanın “Facebook” sosial şəbəkəsindəki paylaşımına rəy yazan Şərif Ağayar Anarın İbadulla Ağayevdən örnək götürməli olduğunu qeyd edib.

“Sağ əli Anar müəllimin başına. Hamı gedib, tək qalıb. Hətta Ramiz Mehdiyev də getdi. Məncə Anar müəllim Qiyamət günü AYB-ni dükan kimi bağlayıb gedəcək”, – deyə Şərif Ağayar yazıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600