Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçə Karlov küçəsi adlandırıldı

media-hightechnic-468x90

Türkiyənin paytaxtı Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçə həlak olmuş Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun adını aldı.

Yeniçağ.Az-ın “Trend”ə istinadən verdiyi məlumata görə, qərar yekdilliklə Ankara şəhər bələdiyyəsinin yığıncağında qəbul edilib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600