Ankaradakı terrora görə 9 nəfər tutulub – AÇIQLAMA

скачанные файлы (4)Türkiyənin baş naziri Əhməd Davuoğlu Ankarada baş verən terror barədə açıqlama verib. Baş nazir terroristin şəxsiyyətinin bəlli olduğunu deyib.

Onun sözlərinə görə, kamikadze PKK-nın Suriya qolu olan YPG-nin üzvü Salih Neccardır.

Davudoğlu bildirib ki, hadisəyə görə 9 nəfər həbs olunub.

Qeyd edək ki, Ankaradakı terror nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.