"İranın hərbi potensialı ABŞ-nin sonunu gətirməyə çatmaz" - Tehranın mənasız bəyanatlarına REAKSİYA

media-hightechnic-468x90

“İranın növbəti mənasız bəyanatlarını izləməkdəyik”.

Bunu Yenicag.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

media-326814_2xax1nafby

O, İran rəsmisinin “ABŞ zəifdir və onların etdiyi hər hansı bir səhv sonuncu səhv olacaq” bəyanatına münasibət bildirib.

Ekspert qeyd edib ki, İran tərəfindən səsləndirilən bu növ sərsəm açıqlamalara dəfələrlə rast gəlmişik.

“ABŞ-nin müxtəlif vaxtlarda İranı müvafiq şəkildə cəzalandırdığı, hətta Tehran səmasında uçan B-2 bombardmançı təyyarələri ilə ölkənin nüvə obyektlərinə zərbələr endirdiyi hər kəsə məlumdur. Lakin həmin vaxtlarda belə, İran tərəfi ABŞ təyyarələrinə atəş açmağa cürət etməmişdir.

Bu gün də biz İranın növbəti mənasız bəyanatlarını izləməkdəyik. Real mənzərə ondan ibarətdir ki, İran ABŞ-nin sonunu gətirə biləcək hərbi və strateji potensiala malik deyil. Əksinə, ABŞ birbaşa İran sahillərində öz aviadaşıyıcı zərbə qruplaşmalarını yerləşdirməklə həm mövcud molla rejiminə, həm də Yadullah Cavani kimi şəxslərə kifayət qədər ciddi və hədə dolu mesajlar verir.

İranın ABŞ-yə qarşı müqavimət imkanları olduqca zəifdir. Bu zəif potensial ABŞ-ni öz strateji niyyətlərindən, yəni İrandakı molla rejimini devirməkdən, ölkənin nüvə-raket texnologiyalarına son qoymaqdan və Tehranın HƏMAS, Hizbullah, husilər kimi terrorçu qruplaşmaları silahlandırmaq siyasətinin qarşısını almaqdan çəkindirə bilməz”, – deyə o bildirib.

Xatırladaq ki, bu bəyanat İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) rəis müavini Yadollah Cavani tərəfindən səsləndirilib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05