Baş katib Azər Allahverənov QHT təmsilçiləri ilə görüşüb - FOTO
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov QHT nümayəndələrini qəbul edib.
Qəbulda “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Torpaqların Meliorasiyası və Su Təsərrüfatı Tikintisi kafedrasının müəllimi Rahilə Mehdiyeva və bu kafedranın dosenti Könül Qafarbəyli iştirak ediblər.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının katibliyinin fəaliyyəti haqqında danışan Azər Allahverənov bu format daxilində QHT-lər arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb, gələcəkdə icrası nəzərdə tutulan fəaliyyətlərin Türk dünyasında xalqlararası həmrəyliyin güclənməsinə səbəb olacaq təşəbbüslərdən bəhs edib.
Görüşdə iştirak edən Rahilə Mehdiyeva və Könül Qafarbəyli Türk dövlətlərinin vətəndaş cəmiyyəti institutları arasında tərəfdaşlıq bağlarının möhkənləndirilməsi naminə icrasını planlaşdırdıqları bir sıra fəaliyyətlər barədə danışıblar. QHT təmsilçiləri nəzərdə tutduqları işlərin xüsusi olaraq 2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil edəcəklərini bildiriblər.
Sonda icrası nəzərdə tutulan həmin fəaliyyətlər ətrafında fikir mübadiləsi aparılıb.












