İran və ABŞ nüvə masasında – Məsqətdə kritik danışıqlar BAŞLADI
Omanda İran və ABŞ nümayəndə heyətləri arasında nüvə danışıqları başlayıb.
Yenicag.az Reuters-ə istinadla xəbər verir ki, Məsqətdə keçirilən danışıqlar iki ölkə arasında gərginliyin artdığı və ABŞ-nin bölgədə hərbi mövcudluğunu gücləndirdiyi bir dövrə təsadüf edir.
İran xarici işlər naziri Abbas Əraqçi omanlı vəzifədaşı Bədr Əlbusəidi ilə görüşərək ABŞ-ı “həddindən artıq tələblər və avantürist addımlar”dan çəkindirib və Tehranın öz milli təhlükəsizliyini qorumağa hazır olduğunu bildirib.
ABŞ tərəfi danışıqların İranın nüvə proqramı ilə yanaşı, ballistik raketlər və regional fəaliyyətləri də əhatə etməsini istəyir. İran müzakirələrin yalnız nüvə məsələləri ilə məhdudlaşdırılmasını tələb edir.
CENTCOM komandanı admiral Bred Kuper də İranla danışıqlara qatılıb.












