Ankaradan İslamabada uçan təyyarədə NƏ VARDI? – “Əgər Pakistan qarşıdurma mərhələsinə daxil olarsa...”

media-hightechnic-468x90

“Pakistan ilə Banqladeşin ayrılmasından bu günə qədər Hindistan və Pakistan arasında zaman-zaman gərginliklər yaşanır”.

Bunu Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.

media-img_4748

Siyasi təhlilçi ötən gün Türkiyə ordusuna məxsus “döyüş materialı” daşıyan 6 ədəd C-130 hərbi nəqliyyat təyyarəsinin İslamabad hərbi bazasına eniş etməsinin pərdəarxası məqamlarını izah edib.

Analitik xatırladıb ki, son günlərdə Hindistanda silahlı qrupların həyata keçirdiyi hücum nəticəsində 26 turistin həyatını itirməsi bölgədə vəziyyəti daha da gərginləşdirib:

“Bu hadisədən sonra Hindistan və Pakistan arasında qarşılıqlı ittihamlar səsləndirilib, sərhəd qapıları bağlanıb. Bölgədəki mövcud gərginliyə Amerikanın Çinə qarşı başladığı yeni iqtisadi müharibə də əlavə olunub. ABŞ Hindistanın Çinlə ittifaq qurmasının qarşısını almağa çalışır. Bu məqsədlə Çin ətrafında müxtəlif problemlər yaradaraq regionu qeyri-sabitləşdirir və nəticədə Çinin dünya iqtisadiyyatındakı təsir gücünü zəiflətməyə çalışır”.

Həmsöhbətimiz əmindir ki, Pakistan Türkiyənin qədim və etibarlı dostu olduğundan, bu ölkənin qarşılaşa biləcəyi hər hansı bir çətinlikdə Ankara İslamabadın yanında yer alacaq:

“Xüsusilə Azərbaycanın torpaqlarını azad etmə prosesində Pakistanın nümayiş etdirdiyi açıq siyasi dəstək bu baxımdan böyük əhəmiyyət kəsb edir. Əgər Pakistan bölgədə qarşıdurma mərhələsinə daxil olarsa, başda Türkiyə və Azərbaycan olmaqla türk dövlətləri onun yanında olacaq. Bu kontekstdə Türkiyənin Pakistana göndərdiyi hərbi təyyarə də strateji baxımdan xüsusi önəm daşıyır”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600