Anomal istilər YAXINLAŞIR – Meteoroloji XƏBƏRDARLIQ

media-hightechnic-468x90

Yunanıstan bu həftə ekstremal istilərin təsiri altına düşəcək.

Yenicag.az xəbər verir ki, ölkənin Meteorologiya Xidməti tərəfindən yayılan məlumata görə, bu gündən etibarən iyulun 26-sı, şənbə gününə qədər ölkə ərazisində temperaturun kəskin artacağı gözlənilir.

Hazırda 41 dərəcəyə çatan hava temperaturunun qarşıdakı günlərdə daha da yüksələcəyi qeyd olunub. Paytaxt Afinada xüsusilə cümə axşamı və cümə günləri havanın 43 dərəcəyə çatacağı proqnozlaşdırılır.

Mütəxəssislər bildirirlər ki, ölkənin şimal-qərb və mərkəzi bölgələrində temperatur bu göstəricidən də yüksək ola bilər. Vətəndaşlara günorta saatlarında açıq havada uzun müddət qalmamaq, maye qəbulunu artırmaq və ehtiyat tədbirlərinə riayət etmək tövsiyə olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600