Fransanın “Monako” klubunun yeni baş məşqçisi açıqlanıb.
Yenicag.az xəbər verir ki, klubun yaydığı rəsmi məlumata görə, baş məşqçi postuna Tyerri Anri gətirilib.
Onunla 3 illik sözləşmə imzalanıb. Anri bu postda istefaya göndərilən Leonardo Jardimi əvəzləyib.
Qeyd edək ki, gənc mütəxəssis son olaraq Belçika millisində baş məşqçinin köməkçisi işləyib.