!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın “seytnot vəziyyəti”ndən ÇIXMAQ CƏHDİ: “Özlərini sülh tərəfdarı kimi göstərməyə çalışsalar da...”

!Reklam – Yazi

“Qərb institutlarına, əsas da Fransaya arxalanan Paşinyan hər fürsətdə Azərbaycana yönəlik əsassız ittihamlar səsləndirir”.

Bu fikirləri Ermənistanın Azərbaycanla normallaşma prosesində tutduğu destruktiv mövqeni davam etdirməsinin səbəblərinə toxunan politoloq Turan Rzayev Yenciag.az-a açıqlamasında deyib.Politoloq bildirib ki, Ermənistan rəhbərliyi özünü sülh tərəfdarı kimi göstərməyə çalışsa da, reallıqda fərqli siyasət yürüdür:

“Ermənistan rəhbərliyinin sülhün vacibliyi haqda mövqe ifadəsinin yalnız sözdə qaldığını, əməldə isə heç bir konkret addım atılmadığını müşahidə edirik. Sülh prosesində yaranan problemlər birbaşa olaraq Paşinyanın və ümumilikdə Ermənistanın mövqeyindən qaynaqlanır. Delimitasiya və demarkasiya, kommunikasiya, anklavlar və digər məsələlərin həllinin tapmamasının əsas səbəbi məhz onun özüdür.

Ermənistan baş nazirinin mediaya sülhsevər görünüb, digər tərəfdən, Azərbaycana qarşı iddialar səsləndirməsi ilk hal olmadığı kimi, sonuncu da olmayacaq. Qərb institutlarına, əsas da Fransaya arxalanan Paşinyan hər fürsətdə Azərbaycana yönəlik əsassız ittihamlar səsləndirir.

Regionda sülhün təmin olunması bir sıra dövlətlərin marağındadır. Lakin onların təsəvvüründəki sülh müqaviləsinin daha çox hansı tərəfin marağına uyğun hazırlanacağı və imzalanacağı sual altındadır. Azərbaycan hər zaman müəyyən güzəştlər edərək sülh müqaviləsinin imzalanmasına çalışıb. Lakin Ermənistan hələ də bu məsələdə pozucu mövqe sərgiləyir.

Bu da öz növbəsində tərəflər arasında etimadsızlığı artırır. Ermənistanın yekun sülh sənədinə dəfələrlə düzəliş edərək geri qaytarması İrəvanın bu prosesi başa çatdırmağa hələ hazır olmadığını göstərir. İlin sonuna çox az müddət qalsa da, sülh müqaviləsinin imzalanması üçün qəti addım atılmır. Ermənistan prosesi uzatmaq üçün ya planlaşdırılan görüşlərə qatılmır, ya da Azərbaycanın iştirak edə bilməyəcəyi formatlarda görüşlərin təşkilinə can atır.

Bütün bunların fonunda Rusiyanın da Cənubi Qafqazda sülhün bərqərar olmasını istəmədiyi görünür. Lakin Moskvanın tərəflərə yönəlik əvvəlki səviyyədə təzyiq imkanları yoxdur. Azərbaycandan fərqli olaraq, bu gün Ermənistanda Rusiyanın mövqeləri hələ də güclüdür.

Orada Rusiyaya sadiq “beşinci kolon” nümayəndələrinin sayı kifayət qədər çoxdur. Bu qüvvələrin aktivləşməsi nəticəsində Ermənistanla Azərbaycan arasında münasibətlərin daha da kəskinləşmə riski yüksəkdir. Rusiya bu rıçaqdan istifadə edərək sülh proseslərinə mane olur”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

644
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv