Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Antalya payızda da turistləri qəbul etməyə davam edir

Dünyanın Kovid-19 ilə mübarizə apardığı bir dövrdə sağlam və etibarlı turizm xidmətləri təqdim edən Antalya noyabr ayının ilk iki həftəsində 79 min 996 turisti qəbul edib.

Dənizi, qumu, günəşi, lüks obyektləri qədər qum təpələri, tarixi binaları və muzeyləri ilə diqqət çəkən Antalya, koronavirusa baxmayaraq turistlərin vazkeçilməz ünvanlarından birinə çevrilib.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyası ilə həyata keçirilən “Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı” çərçivəsində görülən tədbirlər sayəsində turistlər sağlam və təhlükəsiz tətil əyləncəsini yaşayır.

Qış mövsümünün gəlməsinə baxmayaraq 1-15 noyabr tarixlərində Antalyaya 79 min 996 turist gəlib. Bunun 56 min 470-i Rusiya, 4 min 274-ü Almaniya, 4 min 104-ü isə Ukrayna vətəndaşları olub.

Dünyanın Kovid-19 ilə mübarizə apardığı bir dövrdə yanvar ayından 15 noyabr tarixinə qədər Antalya’ya gələn turist sayı 3 milyon 356 min 623-ə çatıb.

www.yenicag.az

85