Aparıcı Araz FM-dən ayrıldı

media-hightechnic-468x90

kloAparıcı Səxavət Nur uzun müddətdir çalışdığı Araz FM-dən ayrılıb.

Aparıcı bu haqda İnstaqram səhifəsində yazıb. O, xeyirli məqsədlə işdən ayrıldığını bildirib:

“Xeyirli məqsədlə 2 il 4 ay baş redaktoru olduğum Araz 103.3 FM-in kollektivindən ayrıldım. Bu məsuliyyətli vəzifəni 1998-ci ildən bərabər çalışdığım Şəhla Vakasa təhvil verdim. Bu illər ərzində çiyin-çiyinə çalışdığım müddətdə dostluq və iş münasibətimi qoruyub saxladıqlarına görə radiomuzun rəhbərliyinə minnətdaram. Onlara uğurlar arzulayıram. Siz mənim üçün dəyərli insanlarsınız. Bu xəbərə kimlərsə ürəkdən sevinə bilər, kimlərsə əksinə… Amma əsas odur ki, getmək qərarını mən özüm vermişəm. Bunu anlayışla qarşılayan Araz FM rəhbərliyinə təşəkkür edirəm. Həmişə doğma 103.3 FM-ləyəm və doğma radiomun əməkdaşlarına bu illər ərzində mənimlə olduqları üçün təşəkkür edirəm”(teleqraf.com).

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600