NATO Baş katibi Mark Rutte Türkiyəyə gəlib
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Rutteni hava limanında Türkiyə Prezidenti Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin rəhbəri Haluk Görgün və digər rəsmilər qarşılayıb.
Ruttenin mətbuat konfransı keçirməsi və günün sonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsi gözlənilir.
Qeyd edək ki, Ankarada 7-8 iyul tarixlərində NATO sammiti keçiriləcək.













