Hakan Fidan ABŞ mətbuatına danışdı: “Ərdoğan və Trampın dostluğu NATO-dakı gərginliyi azalda bilər”

media-hightechnic-468x90

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin nüfuzlu “New York Times” qəzetinə eksklüziv müsahibə verib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Ankarada keçiriləcək tarixi NATO sammiti ərəfəsində danışan nazir mühüm mesajlar ötürüb. O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ-nin dövlət başçısı Donald Tramp arasındakı şəxsi dostluq və etimad münasibətləri NATO daxilində yaranan strateji fikir ayrılıqlarının aradan qaldırılmasında mühüm rol oynaya bilər:

“Bu, Prezident Tramp üçün ilk növbədə etimad və dostluq məsələsidir. Türkiyə bu səmimi dialoqu bütün NATO ailəsinin təhlükəsizliyi və rifahı üçün səmərəli platformaya çevirməyi məqsəd qoyub”.

Hakan Fidan ittifaq ölkələrinin müdafiə xərclərini artırması mövzusuna da toxunaraq, Donald Trampın sərt bəyanatlarına rəğmən, rəsmi koordinasiyanın problemsiz davam edəcəyini və bu gün heç bir ölkənin NATO-nun gərəkliliyini müzakirə etmədiyini vurğulayıb.

Avropa İttifaqı (Aİ) daxilində NATO-dan kənar müstəqil müdafiə strukturları yaradılması ideyasını kəskin tənqid edən nazir, bunu “struktur problemi” adlandırıb:

“Türkiyə və Avropa ortaq təhlükəsizlik arxitekturasında bir-birini əvəzolunmaz tərəfdaşlar kimi qəbul etməlidir. Biz Avropanın ayrılmaz parçasıyıq. Qitə miqyasında vahid və ortaq təhlükəsizlik platforması formalaşmayana qədər heç bir tərəf özünü tam təhlükəsizlikdə hiss edə bilməz”.

Yaxın günlərdə Moskvaya səfər edərək Rusiya Prezidenti Vladimir Putinlə görüşən XİN rəhbəri, Türkiyənin sülh danışıqlarına ev sahibliyi etməyə tam hazır olduğunu diqqətə çatdırıb:

“Moskva səfərimdən gəldiyim yekun qənaət budur ki, hər iki tərəf danışıqlara və müzakirələrə başlamağa hazırdır. Lakin prosesin effektivliyi üçün Amerika Birləşmiş Ştatlarının siyasi nüfuzuna və təsir rıçaqlarına ciddi ehtiyac var”.

Nazir həmçinin ABŞ ilə İran arasında əldə olunmuş son 60 günlük anlaşma memorandumuna da toxunaraq, bu addımın Tehranın nüvə proqramı və sanksiyaların ləğvi kimi strateji mövzularda qalıcı sülhə zəmin yarada biləcəyinə dair ehtiyatlı nikbinlik ifadə edib.

Məsimə Məmmədova

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05