Aparıcı Mətanət toyda DAVADAN QURTULDU: “Aşa-aşa gəldi ki, “xalaqızı” oxumalısan”
“Toyun axırına yaxın bir nəfər içkili kişi aşa-aşa gəldi ki, sən mənim üçün bir dənə “xalaqızı” mahnısını oxuyacaqsan”.
Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva verilişində deyib.
O, toy məclislərinin birində başına gələn olaydan danışıb:
“Yasamalda məclisdə idim. Toyun axırına yaxın bir nəfər içkili kişi aşa-aşa gəldi ki, sən mənim üçün bir dənə “xalaqızı” mahnısını oxuyacaqsan. Dedim, səhərdən buradayam, mənim oxumağımı görmüsən ki, məndən mahnı istəyirsən? Məclisdir, yola vermək lazımdır. Zarafatla dedim, ay balam, gecə saat 12-yə işləyib, bunun xalası qızı haradadır, gəlsin, görək? Belə zarafatla kişini yola saldım ki, dava düşməsin, yoxsa mən dava etsəm, aləm dəyər bir-birinə. Yola vermək lazımdır, yoxsa ki, məndən “əmioğlu”, “dayıoğlu”, “xalaqızı” mahnısı tələb etmək…”
Nehru