Aprel ayında hava necə olacaq?

Aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti (gecələr 7-12, bəzi yerlərdə 16, gündüzlər 13-18, bəzi günlərdə 24-29 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

COP29