Aqşin Babayev vəfat etdi

media-hightechnic-468x90

Tanınmış yazıçı-dramaturq, şair Aqşin Babayev vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə yazıçının sosial şəbəkə hesabında qeyd edilib.

Onun bu gün səhər saatlarında vəfat etdiyi bildirilib.

Qeyd edək ki, A.Babayev 1936-cı ildə anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.

Onun elmi əsərləri Moskvada, Ankarada, Tbilisidə çap olunub. “Nazim Hikmətin yaşamı” adlı kitabı 1989-cu ildə Almaniyada işıq üzü görüb.

1991-2006-cı illərdə Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat katibi vəzifəsində çalışıb. A. Babayevin ilk hekayəsi 1958-ci ildə “Oktyabr işıqları” almanaxında çap olunub. 1964-cü ildə onun “Cazibəli üfüqlər” adlı ilk hekayələr kitabı çapdan çıxıb.

A.Babayev 1970-ci ildə “Əmək rəşadətinə görə” medalı ilə təltif edilib, 1987-ci ildə “Əməkdar jurnalist” fəxri adına, 2004-cü ildə II dərəcəli Dövlət müşaviri rütbəsinə layiq görülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600