Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Xaçmaz rayonunda bir sıra nöqsanlar aşkar olunub.
AQTA-dan Yenicag.az-a bildirilib ki, aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 9 məntəqədə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Görülən tədbir |
Bakı şəhəri üzrə | |||
1. | Bədəlov Faiq Tahar oğlu | Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi | Yenidən bərpa olunmuş qurğular sökülüb |
2. | Namazov Tujar Abizər oğlu | Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küç., ev 2 | Yenidən bərpa olunmuş qurğular sökülüb |
3. | Əhmədzadə Elvin
Müqarib oğlu |
Xətai rayonu, Əhmədli qəs., Sarayeva küçəsi 20C | Yenidən bərpa olunmuş qurğular sökülüb |
4. | Mikayılov İsmayıl
Murtuza oğlu |
Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9 | Yenidən bərpa olunmuş qurğular sökülüb |
5. | Məmmədov Məmməd Pərviz oğlu | Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9 | Yenidən bərpa olunmuş qurğular sökülüb |
6. | Məmmədov Emin
Elxan oğlu |
Xətai rayonu, S.Ə.Şirvani küçəsi | Yenidən bərpa olunmuş qurğular sökülüb |
Xaçmaz rayonu üzrə | |||
7. | Əhmədov Murad
Hakim oğlu |
Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi | Yenidən bərpa olunmuş qurğular sökülüb |
8. | Kərimov Eyvaz Kərim oğlu | Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi | Yenidən bərpa olunmuş qurğular sökülüb |
9. | Məlikməmmədov Rəşad
İlyas oğlu |
Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi | Yenidən bərpa olunmuş qurğular sökülüb |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
www.yenicag.az