Zelenski: “Ukrayna heç bir halda Donbası Rusiyaya verməyəcək”

media-hightechnic-468x90

“Ukrayna sülh müqaviləsi çərçivəsində heç bir halda Donbası Rusiyaya verməyəcək., kompromis axtarıb tapmaq lazımdır”.

Yenicag.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Əbu-Dabidə baş tutmuş danışıqların nəticələrini şərh edərkən bildirib.

“Ərazilərimizlə bağlı mövqeyim dəyişməz olaraq qalır”, – o vurğulayıb.

Zelenski Ukrayna üçün ABŞ təhlükəsizlik zəmanətləri haqqında sənədin 100% hazır olduğunu, qalan tək şeyin onu imzalamaq olduğunu deyib.

“Ukrayna üçün konkret təhlükəsizlik zəmanətləri bu müharibənin bitməsi üçün konkret tarixləri göstərir. Sənəd 100% hazırdır. Biz tərəfdaşlarımızın imzalanma tarixi və yeri ilə bağlı siqnalını gözləyirik. Bundan sonra o, təsdiq üçün ABŞ Konqresinə və Ukrayna parlamentinə təqdim ediləcək”, – Zelenski əlavə edib./Apa/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa