Ryabkov Trampın Rusiyaya səfər üçün dəvət aldığını təsdiqlədi

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Trampın Ankoricdə Rusiyaya səfər etməsi üçün dəvət aldığı bildirilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin müavini Sergey Ryabkov açıqlama verib.

“Əlbəttə, Ankoricdə Prezident Trampa Rusiya Federasiyasına səfər etmək üçün dəvət edilib”, – deyə diplomat, Rusiya Prezidenti Vladimir Putinin görüşdən sonra növbəti görüşün Moskvada keçirilməsini təklif etməsi ilə bağlı fikirləri şərh edərkən bildirib.

Ryabkov əlavə edib ki, həmin ideya o vaxtdan bəri praktiki inkişaf mərhələsinə keçməyib.

“Rusiya və ABŞ prezidentlərinin təmasları üçün digər platformalar məsələsində də mövqeyimiz qətidir: əvvəlcə məzmun tərəfi, sonra isə görüşün keçiriləcəyi yer barədə razılaşma”, – deyə XİN başçısının müavini vurğulayıb./Apa/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05