Qulyaypol istiqamətində “Ural-kabriolet” hücumu məhv edildi

media-hightechnic-468x90

Rusiya ordusu Ukraynanın Qulyaypol istiqamətində piyada ilə doldurulmuş, modifikasiya edilmiş “Ural-kabriolet” yük maşınını hücuma göndərib.

Yenicag.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Məlumata görə, bu texnika 110-cu ayrıca mexanikləşdirilmiş briqada və 122-ci ayrıca Ərazi Müdafiə Briqadasının birgə fəaliyyəti nəticəsində məhv edilib.

Düşmən hücumçularının məhv edilməsi ilə bağlı məlumat 110-cu və 122-ci briqadaların mətbuat xidmətləri tərəfindən yayımlanıb.

122-ci briqadanın məlumatında deyilir: “5-ci batalyondan iki döyüşçü – on işğalçıya qarşı. Düşmən hücuma keçərək irəliləməyə və mövqeyimizi ələ keçirməyə çalışdı. Lakin iki müdafiəçi sərhədi inamla, soyuqqanlılıqla və qəhrəmancasına qorudu. Dəstək – FPV dronları və artilleriya gələnə qədər hücumu saxladılar. Həmlə dayandırıldı.”

“Militarnıy” portalının yazdığına görə, ruslar bu modifikasiya olunmuş yük maşınından istifadə edərək Zaporojye vilayətində Dobropolyə yaşayış məntəqəsi istiqamətində irəliləməyə cəhd ediblər. Bunun üçün maşından əsas kuzov və qapılar sökülüb, piyada hərbçilərin rahat tutunması üçün çərçivə quraşdırılıb. Həmçinin dronlara qarşı radioelektron mübarizə vasitələri də maşına yerləşdirilib./Apa/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa