“Öncə Tanrıya, sonra Ərdoğana güvənirik”
Sudan Suveren Şurasının rəhbəri Əbdülfəttah əl-Burhan ölkənin Port-Sudan şəhərindəki iqamətgahında Türkiyənin media orqanlarında çalışan jurnalistlərlə açıqlama verib.
Yenicag.az “Anadolu”ya istinadən xəbər verir ki, sədr Sudanda milli ordu ilə Çevik Reaksiya Qüvvələri arasında baş verən toqquşmalar səbəbindən ölkədə ölüm və maddi ziyanın çox böyük olduğunu söyləyib.
Sudan lideri Türkiyəyə olan etibarını da dilə gətirib: “Biz öncə tanrıya, sonra Ərdoğana güvənirik. Bu müharibə bizə çox əzab-əziyyət gətirdi, amma ordumuz yenidən təşkil edildi. Əminik ki, Türkiyə bu məsələdə bizi dəstəkləyəcək. Türkiyə böyük bir dövlətdir”, – deyə o əlavə edib./Oxu.az/












