Aramsız yağışlar ciddi fəsadlar törətdi

media-hightechnic-468x90

Moskvada əlverişsiz hava şəraiti ilə əlaqədar mədəniyyət və istirahət parkları müvəqqəti bağlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Moskva meriyasından bildirilib.

Mədəniyyət və istirahət parkları ilə yanaşı Moskva zooparkının da müvəqqəti bağlandığı qeyd olunub.

İki gündür aramsız yağan yağışlar paytaxtın bir sıra küçələrinin infrastrukturun dağılmasına səbəb olub.

Fövqəladə hallar xidmətindən verilən məlumata görə, əlverişsiz hava şəraiti nəticəsində Moskvada 57 ağac yıxılıb, 55 avtomobilə ziyan dəyib.

Sinoptiklər ötən gecə Rusiya paytaxtına aylıq normanın üçdə biri qədər yağıntı düşdüyünü açıqlayıb./apa/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600