Aran Regional Təhsil İdarəsində nə baş verir? – Həbsxanadan Emin Əmrullayevə məktub var

media-hightechnic-468x90

 

2 saylı Şəki istintaq təcridxanasında saxlanılan məhbus Mirzəyev Cavid Cahangir oğlu Aran Regional Təhsil İdarəsində sektor müdiri vəzifəsində çalışan L.B. ilə bağlı şikayətini yazılı şəkildə redaksiyamıza göndərib.

Olduqca həssas məqamlar olduğu üçün Yenicag.az müraciəti oxuculara ixtisarla təqdim edir:

“L.B.-nin (ixtisar redaksiyaya aiddir) şikayətinə əsasən hazırda CM-125-ci maddəsilə (özünü öldürmə həddinə çatdırma) təqsirləndirilirəm. Onun şikayəti ondan ibarətdir ki, əsəbiləşib və guya 28 ədəd “ESPA10” həbləri qəbul edib. Yəni intihara cəhd edib. Halbuki L.B.-nin mənim başıma açdığı oyunlar barədə ərizəmə əlavə etdiyim materiallarla, səs yazıları ilə disk, fləşkart, foto şəkilləri saytınız vasitəsilə yayılmasını və paylaşılıb sosiallaşmasını xahiş edirəm”, – deyə müraciətdə qeyd olunub.

Əlavə materiallarda Cavid Mirzəyevin L.B. ilə 12 il ərzində qeyri-rəsmi münasibətdə yaşadığı və münasibətlərinin qalmaqalla başa çatdığı qeyd olunur. Belə ki, xəyanətlə üzləşdiyini bildirən Mirzəyev Cavid ona aldığı qiymətli əşyaları geri verməsini istəyib:

“Mən onu Mərkəzi Aran Regional Təhsil İdarəsinin təhsil sahəsində çalışan rəhbər şəxslə Lənkəranda oteldə tutdum və münasibətimizi sonlandırdım. Elə bundan sonra guya intihara cəhd edərək 28 ədəd “ESPA-10” adlı dərman atıb. Amma bu, başdan-ayağa qurmadır. Bir həb üçün insan 1 fincan su içməlidir, 28 həb eyni anda necə içilə bilər? Bundan başqa, dərhal təcili yardım çağırmaq əvəzinə, birbaşa prokurora zəng etməsi şübhəlidir”, – deyə C. Mirzəyev bildirib.

Onun sözlərinə görə, aparılan qan analizi nəticəsində zəhərlənmə əlamətləri aşkarlanmayıb:

“Ekspertiza da göstərib ki, bədəndə zəhərlənmə var, lakin səbəbi məlum deyil. Ehtimal edilir ki, qidadan zəhərlənib. Bütün bunlar onun özünü qurban kimi göstərmək planıdır. Sonda mənə qarşı yalan ittihamlarla cinayət işi açdırdı və nəticədə həbs olundum”.

Müraciətdə L.B.-nin peşə fəaliyyəti ilə bağlı da bir sıra ittihamlar səsləndirilib:

“O, Ağdaşda tarix müəllimi işləyərkən, paralel olaraq, Bakıda MHM tədris mərkəzində fəaliyyət göstərib. Həmçinin Dövlət Qulluğu imtahanından keçmədiyi halda sektor müdiri vəzifəsinə təyin olunub. Onu himayə edənlərin kimliyi isə hələ də məlum deyil”.

Məhbus elm və təhsil naziri Emin Əmrullayevə də mesaj göndərib ki, L.B.-nin davranışları nə təhsil, nə də müəllim adına yaraşır:

“Təhsildə belə adamın nə işi var?! Əlimdə kifayət qədər səs yazısı və digər sübutlar var. Bu qadın nə qanun tanıyır, nə dövlət. Belə biri gənclərə nə verə bilər?! Vətənə xəyanət edən biri gənclərə nə öyrədə bilər?!

Elm və Təhsil Nazirliyi məsələ ilə bağlı heç bir konkret addım atmır. Bildirir ki, prokurorluğun cavabına uyğun hərəkət edəcəklər. Bəli, qanun çərçivəsində hərəkət edilməlidir, amma bu qədər biabırçılığın qarşısını nazirlik özü də ala bilərdi. Görünür, içəridə onu qoruyanlar var”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

media-whatsapp-image-2025-08-01-at-11-52-42

Yenicag.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa