"Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan hələ Qarabağdadır" - Erməni mediası

media-hightechnic-468x90

Ləğv olmuş qondarma qurumun keçmiş dörd “prezidenti” hələ Qarabağdadır.

Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası “Aravot.am” məlumat yayıb.

“Artsaxın dörd prezidenti – Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, Samvel Şahramanyan Ermənistana getməyib. Arabot.am-ın etibarlı mənbəsinin məlumatına görə, onlar Qarabağda qalmaqda davam edirlər. Lakin bizdə olan məlumatlara görə, onlar, hökumət üzvlərinin əksəriyyəti, o cümlədən təhlükəsizlik qüvvələrinin rəhbərləri də Qarabağdadır.

Gözlənilir ki, bu gün Azərbaycan tərəfi ilə baş tutacaq bir sıra görüşlər və müzakirələr nəticəsində Artsaxın üç prezidenti: Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyanın taleyi həll olunacaq”, – deyə nəşr yazır.

Xuraman Etibarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600