!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arbitrajda həll edilə bilən mübahisələr bunlardır

!Reklam – Yazi

Arbitrajda həll edilə bilən mübahisələr müəyyən olunub.

Yenicag.az xəbər verir ki, bu, “Arbitraj haqqında” haqqında yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, aşağıdakı bənddə nəzərdə tutulanlar istisna olmaqla, kommersiya mübahisələri, habelə tərəflərin mübahisənin predmeti barədə sərəncam hüququna malik olduğu və üçüncü şəxslərin hüquqlarına, qanuni mənafelərinə toxunmayan bütün mübahisələr arbitrajda həll edilə bilər.

Bu Qanunun 13.3-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı işlər arbitrajda həll edilə bilməz:

– Cinayət və inzibati xətalarla bağlı işlər;

– İnzibati və digər publik hüquq münasibətlərindən irəli gələn işlər;

– Ailə münasibətlərindən irəli gələn mübahisələr;

– Şəxsin hüquqi vəziyyəti (statusu) ilə bağlı işlər

əmək mübahisələri;

– ətraf mühitin mühafizəsi sahəsində mübahisələr;

– vərəsəlik işləri;

– əqli mülkiyyət hüquqlarının müəyyən edilməsi və bu hüquqların qeydiyyatı ilə bağlı mübahisələr;

– rəqabət hüququ və istehlakçıların hüquqlarının müdafiəsi, habelə istehlak kreditləri ilə əlaqədar yaranan mübahisələr;

– Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları ilə bağlı yaranan mübahisələr;

– Müflisləşmə və iflasa dair işlər;

– Hüquqi şəxsi ləğvi, yaxud onun qərarlarının ləğvi ilə bağlı iddialara dair işlər (hüquqi şəxsin Azərbaycan Respublikasında hüquqi ünvanı (olduğu yer) olduqda);

– Fiziki şəxslərin tərəf olduğu mübahisələr (bu mübahisələr fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadıqda);

– Yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı iddialara dair işlər;

– Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı mübahisələr.

www.yenicag.az

180
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv