Argentina səfiri Tərcümə Mərkəzində oldu

media-hightechnic-468x90

797f0d3005505620bb798246cca67cc2Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Yenicag.az apa-ya istinadən bildirir ki, görüşdə qurumun rəhbəri Afaq Məsud Mərkəzin fəaliyyəti, Azərbaycan və Argentina arasındakı mədəni-ədəbi əlaqələrə olan maraqdan danışıb: “Mərkəz bu vaxta qədər əsasən dünya ədəbiyyatının aparıcı nümunələrinin Azərbaycan dilinə mükəmməl ədəbi səviyyədə tərcüməsi və nəşri işini həyata keçirməklə kifayətlənməli olurdu. Yeni statusla fəaliyyətə başlayandan bəri isə, qurum dil və tərcümənin müxtəlif istiqamətləri üzrə geniş spektrli layihələri həyata keçirir. Argentina ədəbiyyatına gəlincə, biz bu illər ərzində bir çox məşhur Argentina yazıçılarının – X.Borxesin, X.Kortasarın, M.Delibesin, E.Sabatonun, A.Yunkenin, S.Poletinin, həmçinin, R.Arltın əsərlərinin Azərbaycan dilinə tərcüməsini və nəşrini həyata keçirmişik. Bu il nəşr olunan kitablarımız arasında “Latın Amerikası romanı” kitabında da Argentina yazıçılarının əsərlərinə yer ayrılıb”.
K. Dante Riva dəvətə görə təşəkkürünü bildirərək, xalqlararası əlaqələrin qurulması istiqamətində fikirlərini bölüşüb: “Düşünürəm ki, ölkələrin, xalqların bir-birini daha yaxından tanıması üçün mədəniyyət və ədəbiyyat ən başlıca vasitədir. Bu mənada, Azərbaycan ədəbi nümunələrini ispan dilinə tərcümə edib Argentinada nəşr etmək yaxşı olardı. Buenos-Ayresdə hər il iri miqyaslı Beynəlxalq Kitab Sərgisi keçirilir. Bu sərgidə iştirak etməyinizi çox istərdik. Bu məsələdə sizə hər cür köməklik göstərməyə hazırıq”.
Sonda səfir mərkəzlə Argentinanın aidiyyatlı qurumları arasında sıx əlaqələrin yaranması, Argentina-Azərbaycan ədəbi-mədəni mübadilələrin qurulması istiqamətində Mərkəzlə sıx əməkdaşlıq edəcəklərini bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600