Argentinanın Vitse-prezidentinə silah tuşladılar - ANBAAN VİDEO

media-hightechnic-468x90

Argentinanın Vitse-prezidenti Kristina Fernandes de Kirşner tapança ilə hədələnib.

Yenicag.az xəbər verir ki, hadisə Fernandes de Kirşner evinin qarşısında avtomobildən düşərkən baş verib.

Kütlənin içində dayanan şəxs tapançanı vitse-prezidentə tuşlayıb. Lakin o, silahdan atəş açmayıb.

Polis həmin şəxsi həbs edib.

Onun daha əvvəl odlu silah gəzdirdiyinə görə həbs edilmiş Braziliya vətəndaşı olduğu bildirilir.

İnsidentlə əlaqədar Argentina Prezidenti Alberto Fernandes açıqlama ilə çıxış edib.

Siyasətçi vurğulayıb ki, bu, Argentinada 1983-cü ildə demokratiyanın bərpasından bəri ən pis hadisədir./Oxu.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600