“Arsenal”ın müdafiəçisi “Real”ın RADARINA DÜŞDÜ

media-hightechnic-468x90

Yeni mövsümə iddialı şəkildə hazırlaşan “Real Madrid” heyətini gücləndirmək üçün axtarışlarını davam etdirir. İspaniya nəhəngi bu dəfə diqqətini “Arsenal” və İngiltərə millisinin gənc sol cinah müdafiəçisi Mayls Lyuis-Skelliyə yönəldib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “The Guardian” nəşri yayıb.

Bildirilir ki, Madrid təmsilçisi hələlik “Arsenal”la rəsmi danışıqlara başlamayıb. Lyuis-Skelli hazırda “Real”ın əsas transfer hədəfi deyil, lakin potensial ehtiyat variant kimi qiymətləndirilir.

Qeyd edək ki, 18 yaşlı futbolçunun London klubu ilə mövcud müqaviləsi 2026-cı ildə başa çatacaq. “Arsenal” isə perspektivli oyunçunu heyətdə saxlamaq üçün yeni müqavilə şərtləri üzərində işləyir.

Göycə Göycəyev

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600