İngiltərənin Vorçester bölgəsində yaşayan Endryu Artur və xanımı Treysi Artur 15 illik evlilikdən sonra ayrılıblar.
Yenicag.az xəbər verir ki, cütlük boşansalar da, yenə eyni evdə yaşamağa davam edirlər.
Buna səbəb isə imkansızlıqdır. Boşanma səbəbinə gəlincə, qadın ərinin xəyanətindən şübhələnib. Çox keçməyib ki, Treysi şübhələrində haqlı çıxıb. Ərinin telefonunu yoxlamadan keçirən arvadı onun başqa bir qadınla mesajlaşdığını görüb.
Boşanandan sonra isə Endryu Artur mesajlaşdığı qadını öz evinə dəvət edib və birlikdə yaşamağa davam ediblər. Keçmiş arvadı isə eks əri və onun sevgilisinin yataq otağından gələn səsləri eşitməmək üçün yüksək səslə musiqiyə qulaq asdığını deyir.