Xalq artisti, tanınmış aktyor Tariyel Qasımov ilk dəfə olaraq ailə sirrini açıb.
Yenicag.az xəbər verir ki, 83 yaşlı aktyor bir kəlmə ağır sözə görə 37 il birgə yaşadığı xanımından boşandığını açıqlayıb:
“Həyat yoldaşım ağır söz deyib, söyüş söyüb, mən də qəbul etməmişəm. Məhkəmədə dedim ki, möhtərəm hakim, biz müsəlmanlar xanımını ancaq namus üstə boşaya bilərik. Mən isə bu xanımı bir söz üstündə boşayıram”.
Aktyor bunu “Onun sirri” proqramında açıqlayıb.
Qeyd edək ki, Xalq artisti 25 yaşında sevərək evləndiyi xanımından ayrılandan sonra çətin günlər yaşayıb, səhhətində problemlər yaranıb, ağır ürək əməliyyatı keçirib. O, ikinci dəfə ailə həyatı qurub. İkinci xanımı ilə də sevərək ailə qurub. 83 yaşlı aktyorun ikinci həyat yoldaşından övladı yoxdur.
Cəvahir
www.yenicag.az