Arvadını öldürmək istəyən kişini polis SAXLADI

media-hightechnic-468x90

ABŞ-nin Florida ştatında kişi həyat yoldaşını öldürməyə cəhd etdiyi üçün saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “New York Post” yayıb.

Manati dairəsinin şerif idarəsinin məlumatına görə, hadisə cütlük dənizdə istirahət zamanı baş verib. Qadın bildirib ki, dənizə açıldıqdan sonra ərinin aqressiv davranışları başlayıb. Balıq tutarkən onun qarmağı qırıldıqda kişi əsəblərini qadından çıxmağa başlayıb.

Qorxudan özünü suya atan qadın, qayığın arxasına bağlanmış bir iplə suyun üzərində qalmağa çalışıb. Kişi isə onu orada tək qoyaraq uzaqlaşmaq istəyib. Lakin yaxınlıqda başqa bir qayığın olduğunu görüb və geri qayıdıb.

Qadın iki dəfə qayığa çıxmağa çalışsa da, kişi ona yumruq və təpiklə hücum edib, “Səni öldürəcəyəm” deyərək qışqırıb. O, qadını öldürdüyünü zənn edərək hadisə yerindən uzaqlaşıb. Lakin qadın möcüzəvi şəkildə qayığın pilləkəninə ayaqları ilə tutunaraq sağ qalmağı bacarıb.

Qadın yenidən qayığa qalxanda kişi ona bir daha hücum edib və yenidən suya atıb. Buna baxmayaraq, qadın bu dəfə də ayağındakı iplə qayığa bağlanaraq həyatını xilas edib. Daha sonra o, Holms Biç Polis İdarəsinə müraciət edərək baş verənləri bildirib. Şübhəli şəxs saxlanılıb və birinci dərəcəli qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600