ASGA-nın Rusiya nümayəndəliyi bəyanat yayıb

media-hightechnic-468x90

“Rusiyadakı onlarla Azərbaycan diaspor təşkilatının özündə birləşdirən Ümümrusiya Azərbaycan Konqresi (ÜAK) ilə bağlı yayılmış məlumatlar bizi dərindən sarsıdıb” – Azərbaycan Slavyan Gənclər Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyinin yaydığı bəyanatda belə deyilir.

media-banner_tuq

Azərbaycan Slavyan Gənclər Assosiasiyasıhesab edir ki, bu addım ümumi tarixə və mədəniyyətə malik olan Rusiya ilə Azərbaycan xalqları arasında əsrlərə dayanan dostluq münasibətlərinin möhkəmlənməsinə qarşıdır: “Rusiya və Azərbaycan prezidentlərinin razılığı və dəstəyi ilə yaradılan ÜAK Rusiya-Azərbaycan dostluğunun möhkəmləndirilməsində böyük xidmətləri olan, eyni zamanda Rusiyadakı azərbaycanlıları bir araya gətirən ən böyük diaspor təşkilatlarından biridir.İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ərəfəsində bu kimi xoşagəlməz hadisənin baş verməsi bizi dərindən sarsıdıb”.

Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi bəyanatında deyilir ki, Azərbaycanla Rusiyanın bir çox mühüm beynəlxalq məsələlərdə mövqeyinin üst-üstə düşdüyü və hər iki ölkənin bir-birinə dəstək göstərdiyi bir zamanda bu məsələnin gündəmə gətirilməsi iki ölkə arasında münasibətlərin soyuqlaşmasına xidmət edir.
Azərbaycan Slavyan Gənclər Assosiasiyası hesab edir ki, ÜAK-la bağlı yaranmış vəziyyət qeyri-obyektivdir və problemin gündəmə gətirilməsi Azərbaycanla Rusiya qardaşlığına qarşı qısqanclıq meyllərinin nəticəsidir: “Biz, ASGA Rusiya nümayəndəliyi olaraq ümid edirik ki, problem hər iki ölkənin maraqlarına uyğun, ədalətli şəkildə həll ediləcək və Rusiyadakı ən böyük ictimai təşkilatlardan biri olaraq fəaliyyətini davam etdirəcək”

Yeniçağ.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05