!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aşıq Tellidən SƏMİMİ ETİRAF: "Pandemiya vaxtı bir kişi müğənni mənə zəng edib dedi ki..."

!Reklam – Yazi

“Pandemiya vaxtı bir çox müğənni çətinlik çəkdiyini, pulunun olmadığını v s. deyirdi. Nə oldu, illərlə yığdıqları pul elə bir ilin içində bitdi? Amma mən həmin vaxt heç kimə ağız açmadım. Verilən icazəli vaxtlarda bəzən kiçik məclislərə də gedirdim”.

Yenicag.az.az xəbər verir ki, bu sözləri aşıq Telli Borçalı deyib.

Sənətçi pandemiya dönəmində heç kimdən kömək istəmədiyini, lakin gözləmədiyi insanlardan yaxşılıq gördüyünü də etiraf edib:

“Həmin vaxt bir kişi müğənni heç gözləmədiyim halda mənə zəng edib dedi ki, Telli, bir şey göndərirəm, sənə çatacaq. Düşündüm ki, yəqin ətirdir, ya başqa bir hədiyyə. Açıb baxanda gördüm ki, pullar. Həmin adamla indi o dərəcədə yaxın dostuq ki, qapısını istədiyim vaxt icazəsiz açıram. Adam var, kimdənsə xahiş edir ki, bunu elə. Amma mənim ətrafımda elə dostlarım var ki, xahiş etmədən, yaxşı mənada qapısını çırparaq bunu elə deyərəm. Adam da var varı-dövləti başından aşır, amma səxavət əli yoxdur”.

Nehru

www.yenicag.az

1038
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv