!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Aşkımın hədiyyəsi”, “Ərimlə romantik şam” - Göstəriş üçün yaşayanlar - Cəvahir Nehru yazır

!Reklam – Yazi

Baxırsan ki, əksəriyyət göstəriş üçün yaşayır. Necə deyərlər, “kütləyə” işləyirlər. Məsələn, kiməsə acıq vermək, kiminsə cızdağını çıxarmaq üçün biri “ərimlə romantik gəzinti” şərhi ilə (həyat yoldaşım da yox ha, məhz ərim) yalandan masada iki kofe şəkli paylaşır. Yaxud da, “aşkımın hədiyyəsi” şərhi ilə özünə kreditlə aldığı telefonu, zinət əşyalarını paylaşıb, içini rahatlayanlar o qədərdir ki…

Hətta istirahətə də göstəriş üçün gedənlər var. Getdiyi yerin havasını udmamış, suyunu dadmamış təyyarədən, yaxud da avtomobildən düşən kimi fotolarını paylaşırlar. Ürəyi qan ağlasa da, o fotolarda gülümsəyir, xoşbəxt görünməyə çalışırlar. Özünü bahalı bir restorana çatdırıb, yediyini-içdiyini el-aləmə car çəkir. Necə deyərlər, içi özünü yandırır, çölü də izləyicilərini… Üzr istəyirəm, bir dənə foto paylaşmadığı yer qalır, o da ayaqyolu.

Yəni hamı, türklər demişkən, “mutlu” görünməyə çalışır. Real həyatda xoşbəxt ola bilməyənlər, sosial şəbəkələrdə dünyanın ən xoşbəxt qadını, yaxud da kişisi kimi görünüb hava atırlar. Axı xoşbəxt olmaqla, xoşbəxt görünmək arasında fərq yerlə göy arasındadır. Xoşbəxtlik elə duyğudur ki, onu yalnız yaşamaq olar. Yaşamadığın xoşbəxtliyin rəngini, dadını bilmədiyin halda onu necə göstərmək olar axı?

Bəlkə onu-bunu düşünməkdənsə, bir az da özünüzü düşünəsiniz. Xoşbəxt görünməkdənsə, xoşbəxtliyin dadını çıxarasınız. Məsələn, hansısa ölkəyə gedəndə tez-tələsik bir şəkil çəkib paylaşmaqdan, ona-buna “yandı-qındı” verməkdənsə, duyğularınızı bir-birinizlə paylaşıb, xoşbəxtliyin dadını çıxarasınız. Vallah, billah, xoşbəxt adamlar real həyatda öz xoşbəxtliyini yaşayır, xoşbəxtliyə qafiyə axtaran adamlar isə onu sosial şəbəkələrdə axtara-axtara vaxt öldürür. Çıxın başqalarına acıq vermək, başqaları üçün yaşamaq, başqalarına göstərmək modundan… Arada ürəyinizin səsini dinləyin, ruhunuza rahatlıq verin. Yəni relaks olun, inanın, onda həqiqətən xoşbəxt olacaqsınız. Xoşbəxt görünməyə nə vaxtınız olacaq, nə də həvəsiniz.

COP29

www.yenicag.az

464
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv