!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Astarada qanunsuz ov edən şəxslər saxlanıldı

!Reklam – Yazi

Astarada qanunsuz ov edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Kələdəhnə kəndi ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Astara rayonunun Pensər kənd sakinləri – M.Rüstəmov və N.Rüstəmov saxlanılıblar.

Onlardan qanunsuz olaraq ovladıqları 12 ədəd çöl quşu və 2 ədəd ov tüfəngi aşkarlanıb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib.

www.yenicag.az

578
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv