Atatürkün fotosunu yandırdılar - Məhkəmə qərar verdi

media-hightechnic-468x90

Kayserinin İncesu rayonunda Mustafa Kamal Atatürkün fotosunu yandırdıqları iddiası ilə həbs olunan 4 məktəbli haqqında qərar verilib.

Yenicag.az xəbər verir ki, hadisə ötən ay baş verib. Orta məktəbin 4 şagirdi Atatürkün fotosunu yandırıb və görüntüləri sosial şəbəkədə paylaşıb. Onlar “Ulu öndər Atatürkün xatirəsini açıq şəkildə təhqir etmək” ittihamı ilə həbs edilib.

Təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülən ittihamı qəbul etməyib və bəraət istəyiblər. Məhkəmə hakimi müvəqqəti qərarı ilə bütün təqsirləndirilən şəxslərin məhkəmə nəzarəti tədbirləri ilə azadlığa buraxılmasına qərar verib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600