Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Atəşgah" sığortanın maşını qəzaya düşdü - Ölənlər var - FOTO/VİDEO

 “Mercedes” markalı avtomobil “Atəşgah” sığorta şirkətinə məxsus “Hyundai-İX35” markalı avtomobillə toqquşub.

Yenicag.az xəbər verir ki, qəza zamanı zərbənin gücündən “Mercedes” aşıb və qəfildən yanmağa başlayıb.

“Hyundai-İX35″də olan sürücü Anar Nəsir oğlu Rzayev qəza zamanı ağır bədən xəsarətləri alıb. O, hadisə yerində olan şəxslər tərəfindən xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Şirkətin avtomobilində olan Kamran Atayev isə hadisə yerində aldığı xəsarətlərdən keçinib.

Keçirilən ilkin avtotexniki ekspertizanın rəyinə əsasən, hadisəyə səbəb “Mercedes” markalı avtomobilin yüksək sürətlə idarə olunması zamanı təkərinin partlaması olub.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

2299
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100