!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Atəşkəsi yenidən pozsalar, bədəlini ödəyərlər - Türkiyə Xarici işlər naziri

!Reklam – Yazi

“Yenidən atəşkəsi pozsalar, bədəlini ödəyərlər”.

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycanı zəfər münasibətilə təbrik edən M.Çavuşoğlu Azərbaycanın öz torpaqlarını azad etmək üçün uzun illər səbir göstərdiyini və diplomatiyaya olan inamını itirmək istəmədiyini bildirib.

Meydandakı qələbədən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında atəşkəs müqaviləsi imzalandığını söyləyən Çavuşoğlu daha əvvəl də 3 atəşkəs cəhdinin olduğunu, ancaq hamısının Ermənistan tərəfindən pozulduğunu xatırladıb. O, qeyd edib ki, son razılığa görə, indiyə qədər geri qaytardığı torpaqlara əlavə olaraq “5 + 2” bütün rayonların Azərbaycana təhvil verilməsiylə bağlı təqvim verilib:

“Azərbaycan işğal olunmuş ərazilər və Qarabağ məsələsində hansı həll variantını seçərsə, biz onun yanında olacağıq. Bu müddətdə hər zaman “atəşkəs, atəşkəs” deyənlərə də bu cavabı verirdik. Bəli, atəşkəs olsun, ancaq atəşkəsi kimin pozduğunu görürsüz. Atəşkəs olduqdan sonra necə olacaq bəs. Bu problem həll olunmadıqca, Azərbaycanın işğal olunmuş əraziləri geri qaytarılmadıqca daimi atəşkəs olmayacaq. Problem həll olunmadıqca da gərginlik və qarşıdurmalar davam edəcək.”

Nazir işğal olunmuş torpaqların geri qaytarılmasının son razılaşma ilə konkret bir cədvələ bağlı olduğunu ifadə edərək “Rusiyanın burada oynadığı rolu qiymətləndiririk. Hər iki tərəf arasında təşəbbüs göstərdilər. Dialoq davam etdi və bu razılaşma hər iki tərəfin də razılığı olduğu üçün imzalandı. Əsas bundan sonra atılacaq addımlardır. Bu müqavilənin 5-ci maddəsinə uyğun olaraq Rusiya ilə ortaq monitorinq və nəzarət mərkəzi və şöbələrinin açılması barədə razılığa gəldik” deyib.

Bu məsələnin təfərrüatlarını sabah Rusiyadan gələcək heyətlə müzakirə edəcəklərini söyləyən Çavuşoğlu sözlərinə belə davam edibi: “Monitorinq və nəzarət mərkəzi Azərbaycan torpaqlarında, Azərbaycanın uyğun hesab etdiyi yerlərdə yerləşəcək. Bu mərkəz vacib funksiyaları yerinə yetirəcək. Bölgədə müşahidə, PUA və digər elementlərlə monitorinq aparacaq. Şikayət və pozuntular olduqda araşdıracaq. Atəşkəs pozuntularının qarşısını almaq üçün tədbirlər görəcək. Bunun formalaşmasını və iş prinsiplərini ortaq işçi qrupu müəyyənləşdirəcək. Ancaq burada ən əsası ev sahibi ölkənin verdiyi səlahiyyətlər və göstərdiyi yerlər, digər detallar qardaş Azərbaycanla müəyyənləşdiriləcək”.

M.Çavuşoğlu atəşkəsin və daha sonra qurulacaq mexanizmin davamlı sülhə və sabitliyə töhfə verməsini ümid etdiklərini vurğulayıb:

“Ümid edirik ki, Ermənistan keçmiş səhvlərindən nəticə çıxarıb. Başqa bir ölkənin torpaqları üzərində hökmranlıq əbədi davam etməz. Ermənistan xalqı da bu prosesdən bəhrələnəcək. Qalıcı həll qardaş Azərbaycanın ərazi bütövlüyü, bu günə qədər qəbul edilmiş qərarlar və beynəlxalq hüquq çərçivəsində nəticələnməlidir. Bundan sonrakı müddətdə atılacaq adımlar məsələsində də Azərbaycanın istədiyi şəkildə onun yanında olacağıq. Atılacaq adımları birlikdə kordinasiya edəcəyik”.

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini həyata keçirən ATƏT-in Minsk Qrupunu da tənqid edən nazir bunları deyib:

“Minsk üçlüyü, xüsusilə həmsədrlər bu prosesdən dərs almalıdırlar. Bir az əvvəl Rusiyanın atəşkəsdəki rolunu vurğuladım. ABŞ-da isə seçkilər var. Fransanın həmsədr olaraq bu prosesdə son dərəcə səhv və mənfi münasibət nümayiş etdirdiyini görürük. Hətta atəşkəsdən sonra belə tərəfli, mənfi açıqlamalar verirlər. Bu, həmsədrlərin 30 il ərzində problemi nə üçün həll edə bilmədiklərini göstərir. Tərəfsiz olmalıdırlar. Fransa obyektiv və balanslı mövqe nümayiş etdirmədi. Azərbaycanın müsbət mövqeyinə baxmayaraq Fransa həmişə Ermənistanı dəstəkləməyə davam etdi. Hətta Türkiyəni günahlandırmağa çalışırlar. Bu münasibət davam edərsə, bu cür ölkələr bu prosesdən kənarlaşdırılmalıdır. Sülh səylərini pozmağa çalışırlar. Bundan sonra heç bir ölkə haqsız Ermənistanı dəstəkləyərək bu prosesi pozmasın”.

M.Çavuşoğlu Ermənistanın razılaşmaya əməl etməyəcəyi təqdirdə atılacaq addımlar barədə sualı belə cavablandırıb: “Atəşkəsdə Ermənistanın baş nazirinin imzası varmı? Var. Ən yüksək səviyyəli rəsminin imzası olduğu zaman o ölkəni də razılaşmaya təhkim edir. Atəşkəsi yenidən pozsalar, bədəlini ödəyərlər”.

Razılaşmada Naxçıvana quru yolunun açılması ilə bağlı bir maddənin olduğunu xatırladan Çavuşoğlu Ermənistan da daxil olmaqla bütün region ölkələrinin bu dəhlizdən faydalanacağını, Ermənistanın qarşıdurma yaratmaq əvəzinə bölgənin rifahı və sabitliyini düşünməsinin vacibliyini vurğulayıb.

O, Türkiyə və Rusiya arasında yaradılacaq ortaq monitorinq və nəzarət mərkəziylə bağlı “Burada Rusiyanın rolu nədirsə, Türkiyənin də rolu eyni olacaq” deyib.

Azərbaycana Türk əsgərlərinin göndərilməsi ilə bağlı sualları da cavablandıran Çavuşoğlu “Ehtiyac olarsa qanun məclis tərəfindən qəbul edilər. Hesab edirəm ki, məsələ Azərbaycan olduqda qazi məclisimiz də bu müraciəti həvəslə dəstəkləyəcək”, – deyə bildirib.

www.yenicag.az

2409
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv