ATƏT bəyanatı dəyişdirdi

media-hightechnic-468x90

elman_2014“ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal olunmuş ərazilərində təxminən 40 min nəfərlik qoşunla hərbi təlimlər keçən Ermənistana məxsus hərbi helikopterin noyabrın 12-də Ağdam ərazisində vurulması ilə bağlı noyabrın 19-da verdiyi bəyanata lazımı dəyişiklik etmək məcburiyyətində qalmışdır. Bəyanatın ilkin formasında helikopterin vurulduğu ərazini “neytral ərazi” kimi təqdim etməyə çalışan həmsədrlər Azərbaycanın müvafiq dövlət qurumlarının və ictimaiyyətinin  etirazından sonra müvafiq mövqe dəyişikliyi edərək “məskunlaşmamış ərazi” ifadəsi üzərində dayanmışlar”. Bu barədə açıqlama ilə YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov çıxış edib.

Elman Nəsirov bildirib ki, münaqişənin həllinə birabaşa məsuliyyət daşıyan bir qurumun ifadələrin seçimində təsadüfən yanlışlığa yol verdiyini düşünmək sadəlövlük olardı. Beynəlxalq hüquqda “neytal ərazi” termininin daşıdığı məzmundan həmsədrlərin bixəbər olduğunu fərz etmək  onların qeyri-peşəkar olduqlarını təsdiqləmək deməkdir: “Həmsədr dövlətlərin bisavad vasitəçilərinin xidmətindən olduqca mürəkkəb problemin həlli  məqsədilə istifadə etməsi qeyri-məntiqi səslənir və izahı tənqidə dözmür. Deməli, 3 böyük dövlətin həmsədr olaraq irəli sürdükləri vasitəçilərin  fərdi olaraq diplomatik bacarıq, vərdiş və hazırlığının müvafiq səviiyədə olması daha inandırıcıdır. Bu reallıq fonunda həmsədrlərin məlum qərəzli mövqeyi bir sıra qənaətlərə gəlməyə əsas verir.

Birincisi, hər 3 həmsədr  daşıdıqları vəzifədən irəli gələrək, çox dəqiq bilirlər  ki, beynəlalq hüquqda “neytal ərazi” termini  “hər hansı bir dövlətin ərazisisnin tərkib hissəsi olmayan ərazi”nı özündə ehtiva edir. Həmin ərazi “terra nullius” da, yəni “heç kimin olmayan” ərazi də deyildir.  “Neytaı ərazi” bir neçə dövlət arasında beynəlxalq razılaşmanın obyekti olur, tərəflərdən neç biri həmin ərazi üzərində idarəçiliyi həyata keçirə bilməz və ya razılaşmanın qüvvədə olduğu müddətdə buna riayət etməlidir. 

Deməli, həmsədrlərin  istinad etdikləri “neytal ərazi” ifadəsi, əslində Azərbaycanın ərazi bütövlüyünün  və sərhədlərinin pozulması faktının ört-basdır edilməsi mənafeyinə xidmət göstərir və erməni maraqlarının müdafə olunması anlamındadır. Bu hal həmsədrlik institutunun beynəlxalq hüquqda təsbit olunmuş  neytallıq, tərəfsizlik və obyektivlik kimi fundamental prinsiplərinə daban-dabana ziddir. Həmsədrlər gec də olsa, dərk etdilər ki, verdikləri bəyanatda lazımı dəyişiklik etməslər, bu onların səmərəlilik əmsalı son dərəcə aşağı olan fəaliyyətlərinin sonunun başlanğıcını şərtləndirə bilər. Elə bu səbəbdən də “məskunlaşmamamış ərazi” terminini bu dəfə tərəfləri razı sala biləcək “neytral” termin kimi ortaya atdılar.

İkincisi, həmsədrlər hərbi avantüra nəticəsində fiziki baxımdan məhv edilmiş ermənilərin cəsədlərinin götürülməsi məsələsində də yeritdikləri siyasətin girovuna çevrilmişlər. Azərbaycanın işğal altınadakı ərazilərinin erməni terrorçuları tərəfindən büsbütün minalanması ilə bağlı ölkəmizin “həyəcan təbili” çalmasına hər zaman biganə qalan həmsədrlər indi eyni səbəbdən  “neytal ərazi”-“məskunlaşmamış ərazi” hesab etdikləri yerə təhlükəsizlik baımından daxil ola bilmirlər. Başqa sözlə, “bumeranq effekti” ilə üzləşiblər. Bu yerdə məşhur atalar sözünü xatırlamaq yerinə düşər: “Nə tökərsən aşına, o da çıxar qaşığına.”(azadinform.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600