ATƏT-dən Ukraynaya dəstək
ATƏT özünün 40 hərbi müşahidəçisini Ukraynaya göndərir.
“Axar.az” xəbər verir ki, bu barədə təşkilatın yayımladığı məlumatda bildirilir.
Bundan əlavə Avstriya, İslandiya və İtaliya da Ukraynaya əlavə qüvvə göndərir.
“Ümid edirəm ki, hərbi müşahidəçilərin səfəri Ukraynadakı gərginliyi azaldacaq. Faktlara yerində obyektiv qiymət verməklə ATƏT bu böhranın siyasi həllinin dialoq yolu ilə baş tutmasında böyük rol oynaya bilər” deyə ATƏT baş katibi Lamberto Zanyer bildirib.
Qeyd edək ki, bir müddət əvvəl ATƏT üzvü olan 18 ölkənin Ukraynaya hərbçi göndərdikləri ilə bağlı məlumat yayılmışdı.