ATƏT-in Minsk qrupu və Ermənistan Konstitusiyası – İrəvan niyə İNAD EDİR?

media-hightechnic-468x90

“Sülh müqaviləsinin imzalanmasına əsas maneə ATƏT-in Minsk qrupu və Ermənistan konstitusiyasındakı torpaq iddialarıdır”.

Bu sözləri Ermənistan və Azərbaycan tərəfi sülh müqaviləsinin şərtlərinin razılaşdırılması yönündə bəyanatlar versə də, sülh müqaviləsinin hələ də bağlanmamasının səbəbləri barədə Yenicag.az-a danışan politoloq Qabil Hüseynli deyib.

media-qabil-huseynli-2_-8
Qabil Hüseynli

Q. Hüseynli bildirib ki, sülh müqaviləsinin bağlanması maraqlı tərəflərə görə ləngiyir:

“Sülh müqaviləsinin bağlanmaması üçün iki səbəb göstərilir. Bu səbəblərdən biri ATƏT-in Minsk qrupunun hələ də qalması, ikincisi isə Ermənistan konstitusiyasında Azərbaycana, eləcə də Türkiyəyə qarşı ərazi iddialarının olması. Ermənistan tərəfi qeyd edir ki, referendum keçirib, o müddəaları aradan qaldıracağıq. Ondan sonra sülh müqaviləsinin imzalanması üçün tam şərait yaranacaq”.

Onun sözlərinə görə, iki mühüm müddəa sülh müqaviləsinin imzalanmasına imkan vermir:

“ATƏT-in Minsk qrupu dərhal hərəkətə keçəcək və Qarabağdan köçən ermənilərin Qarabağa qayıtması məsələsini qaldıra bilər. Yaranmış vəziyyətdə sülh müqaviləsinin nə zaman bağlanması ilə fikir demək olmur. Bəzən elə görünür ki, Ermənistan sülh müqaviləsinin imzalanmasına tələsir. Bəzən isə əksinə, Azərbaycanın tələsdiyini deyə bilirik. Ona görə də bu məsələ ilə bağlı konkret fikir demək olmur”.

Səxavət Məmməd

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600