ATƏT nümayəndələri Krıma buraxılmadı

media-hightechnic-468x90

kjhjkhguygytgytUkraynada səfərdə olan ATƏT-in hərbi müşahidəçilərini Krıma buraxmayıblar
Virtualaz.org saytı UNİAN-a istinadən bildirir ki, bu barədə Litva XİN başçısı Linas Linkyaviçus deyib. Litvalı nazir ümidvar olduğunu deyib ki, Krım rəhbərliyi ilə aparılan danışıqlar nəticəsində ATƏT müşahidəçiləri bölgəyə buraxılacaqlar. Amma yerli hakimiyyət digər təşkilatlarla əlaqəyə girməkdə elə də maraqlı görünmür.

Xatırladaq ki, ATƏT-in Verifikasiya komissiyasının üzvləri bu gündən Ukraynada səfərdədirlər. Martın 12-dək davam edəcək səfər müddətində missiya üzvləri Krımda da olmalı və orada Ukrayna Silahlı Qüvvələrinə məxsus hərbi hissələrdə və Rusiyanın Qara dəniz donanmasına baş çəkməli idilər.

ATƏT-in Ukraynadakı missiyasına Almaniya, Fransa, Böyük Britaniya, Finlandiya, Slovakiya, Macarstan, Litva, Latviya, Estoniya, Polşa, İsveç və digər ölkələrin təmsilçiləri daxildir.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600