!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Atletiko" ilə yenidən görüşməyə sevinməyəcəyik" - Ançelotti

!Reklam – Yazi

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Atletiko”ya qalib gəlməkləri (2:1) haqda danışıb.

Yenicag.az xəbər verir ki, mütəxəssis hələ cütün taleyinin həll olunmadığını deyib:

“Bu dueldə hələ heç nə bitməyib. “Atletiko”ya qarşı oynamaq həmişə çətin olur. Və bu gün belə çətin idisə, gələn çərşənbə günü nə olacağını təsəvvür edin. Bizim kiçik bir üstünlüyümüz var və indi növbəti mərhələyə yüksəlmək əzmindəyik.

“Atletiko” daha da sıx oynayacaq. Bu, 1/8 finaldır. Lakin bizim üçün yarımfinal və ya hətta final kimi ola bilər. “Atletiko” bizimlə qarşılaşmaqdan xoşbəxt olmadığı kimi, biz də “Atletiko” ilə yenidən görüşməyə sevinməyəcəyik”.

Qeyd edək ki, “Atletiko” – “Real” cavab oyunu martın 12-də keçiriləcək.

 

www.yenicag.az

92
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv